
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.
Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.