Muxtar Babayev və Yalçın Rəfiyev Almaniyaya işgüzar səfərə gediblər

Muxtar Babayev və Yalçın Rəfiyev Almaniyaya işgüzar səfərə gediblər

14 Fevral 2025

COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər", - məlumatda qeyd olunub.