Muxtar Babayev Sitarə Ayaz ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.