Musa Quliyev: "Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır"

Musa Quliyev: "Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır"

13 Noyabr 2023

Ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.