Mülki müdafiə alayının şəxsi heyəti gecə həyəcan siqnalı ilə qaldırılıb -

Mülki müdafiə alayının şəxsi heyəti gecə həyəcan siqnalı ilə qaldırılıb - FOTO

04 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyətinin iştirakı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə təlimi keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb. Yüksək mərtəbəli binalarda müxtəlif üsullarla “xilasetmə” işlərinin icra edilib və zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib.

2 obyektdə ümumilikdə 7 tədris nöqtəsində, 7 xüsusi təyinatlı texnikanın, işıqlandırma generatorlarının, su nasoslarının və 56 nəfər şəxsi heyətin iştirakı ilə uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.