MSK-ya bələdiyyə seçkilərindən sonra 43 müraciət daxil olub

MSK-ya bələdiyyə seçkilərindən sonra 43 müraciət daxil olub

14 Fevral 2025

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 43 müraciət daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.

O, müraciətlərin hamısına baxıldığını bildirib:

"MSK-nın qərarlarının bəzilərindən narazı qalanlar məhkəmələrə müraciət ediblər. Apellyasiya Məhkəməsinə də müraciət olmuşdu və orada da proses artıq başa çatdırılıb".