
MSK sədrindən xəbərdarlıq: Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq
Seçki məntəqələrində kim tələbləri azca da olsa pozsa, cəzalandıracağıq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.
O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.
"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".