MSK beş şikayəti araşdırır

MSK beş şikayəti araşdırır

10 Sentyabr 2024

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Seçki Məcəlləsinin tələbinə uyğun addım ata bilərik".