Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib
Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.
NAXCİVANXEBERLERİ.COM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.
Hazırda Moskva-Tbilisi də daxil olmaqla bütün reyslər Kutaisi Beynəlxalq Hava Limanına yönləndirilib.
Bildirilib ki, Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə artıq Kutaisi hava limanına enib.
Qeyd edək ki, Rusiya bu ilin mayında Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bu qadağa 2019-cu ildə tətbiq edilib. Mayın 19-da qadağa götürüldükdən sonra ilk uçuşu “Azimuth” təyyarəsi həyata keçirib, mayın 20-də isə “Georgian Airways”in təyyarəsi Moskvaya uçub. İyulun ortalarında isə Rusiyanın “Red Wings” aviaşirkəti uçuşlara başlayıb.