Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib

Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib

24 İyun 2023

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.

Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.