MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər Milli Məclisin deputatlarının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində yer alıb.
Qeyd edilir ki, ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir.