
Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçilib
Milli Məclisin yenidən formalaşdırılan Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.