Mikayıl Cabbarov Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb

Mikayıl Cabbarov Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb

08 Dekabr 2024

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında bu ölkənin investisiya naziri Xalid Bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə azərbaycanlı nazir sosial şəbəkədə yazıb.

“Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə keçirdiyimiz görüşdə ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğuladıq. Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", – nazir qeyd edib.