Mikayıl Cabbarov Türkiyənin Respublika Günü münasibəti ilə paylaşım edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov 29 oktyabr - Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında çatdırıb.
"Respublika Günü münasibətilə Türkiyəyə təbriklərimizi və ən xoş diləklərimizi çatdırırıq. Dost və qardaş ölkəyə davamlı inkişaf, firavanlıq və yüksəliş arzu edirik", - deyə o qeyd edib.