Mikayıl Cabbarov İqor Nazaruk ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə keçirdiyi görüşdə birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan-Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - M. Cabbarov qeyd edib.