Məzahir Pənahov: Seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib

Məzahir Pənahov: Seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib

10 İyul 2024

Azərbaycanda seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər:

"Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların press-vəsiqəsini göstərməyi kifayətdir".