Mərkəzi Bank sədrinə birinci müavin və iki müavin təyin edilib -

Mərkəzi Bank sədrinə birinci müavin və iki müavin təyin edilib - SƏRƏNCAM

05 Dekabr 2024

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Cahangir oğlu Xəlilov və Əli İsmayıl oğlu Əhmədov Azərbaycan Mərkəzi Bankı sədrinin müavinləri təyin edilib.