Məktəblərdə uşaq təhlükəsizliyi konsepti tətbiq olunacaq -

Məktəblərdə uşaq təhlükəsizliyi konsepti tətbiq olunacaq - MÜSAHİBƏ

01 Oktyabr 2024

Xəbər verdiyimiz kimi, Naxçıvanda Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər davam edir.

Təlimlərin məqsədi məktəblərdə uşaq təhlükəsizliyi konsepti və prosedurları üzrə bacarıqlarının artırılması, eləcə də şagirdlərin, valideynlərin və məktəb heyətinin bu layihə haqqında məlumatlandırılmasıdır.

Naxçıvanda keçirilən bu təlimlərlə bağlı BMT-nin Uşaq Fondunun əməkdaşı Elmir Valehli suallarımızı cavablandırıb.

Qeyd edib ki, "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun dəstəyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi uşaq müdafiəsi və təhlükəsizliyini təmin etməkdir.

"Layihənin digər bölgələrdə uğurlu olduğunu nəzərə alaraq, Naxçıvan şəhərində də bu xidmətin yaradılmasına təşəbbüs etdik. Təlim bir neçə mərhələlərdən ibarət olacaq. İlk mərhələsi məktəb direktoru, müavin və digər əməkdaşlarla bir yerdə keçiriləcəkdir.

5 əsas əməkdaşa 2 günlük təlim nəzərdə tutulub.

2-ci hissəsi sinif rəhbərlərinə nəzərdə tutulan təlimdir. Daha sonra Təhsil Şöbəsinin əməkdaşlarına da ayrıca təlim keçiriləcək, eyni zamanda valideynlərə də onlayn şəkildə təlimin keçirilməsi nəzərdə tutulub".

"Ümid edirik ki, Naxçıvanda bu layihə çox uğurlu olacaq, çünki, təlimlərin ilkin nəticələrinə əsasən deyə bilərəm ki, çox maraqlı auditoriya var və həqiqətən məntiqli suallar verirlər, bu xidməti öz məktəblərində təşkil etmək istəyirlər". -deyə Elmir Valehli qeyd edib.

Mənsurə Hümbətova