Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 27-də Anım Günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov, Nazirliyin və tabeli müəssisələrin əməkdaşları Naxçıvan şəhərində Şəhidlər Xiyabanını, Naxçıvan şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, üzərinə tər gül dəstələri düzüb, dualar oxuyub, ehtiramlarını bildiriblər. Daha sonra kollektiv Xatirə Muzeyinin ekspozisiyası ilə tanış olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!