
Məcburi icra tədbirləri hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məcburi icra tədbirləri hansılardır?
Cavab: Məcburi icra tədbirləri aşağıdakılardır:
1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
3) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
4) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov