Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilir

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilir

01 Avqust 2024

Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.

Bu barədə "NAXÇIVAMXƏBƏRLƏRİ"-nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.

Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.