
Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin final mərhələsi keçirilib - FOTO
İyunun 3-də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, şagirdlər iyunun 7-dən etibarən https://portal.edu.az/ üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.