Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycanın bölgələrində oktyabrın 2-3-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.