
Korrupsiyaya qarşı mübarizə məqsədi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun məqsədi nədən ibarətdir?
Cavab: Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov