Kolumbiyada terror aktı törədilib, ölən və yaralananlar var

Kolumbiyada terror aktı törədilib, ölən və yaralananlar var

25 May 2023

Kolumbiyanın Şimali Santander departamentinin Tibu bələdiyyəsində polis patruluna edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə yerli “Caracol Radio” radiostansiyası məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu yoldan keçən patrul maşınının yanında işə salınıb.

Ölənlər arasında iki polis əməkdaşı və bir yerli sakin (qadın – red) də var. Hadisə zamanı habelə dörd polis əməkdaşı və dörd mülki şəxs də yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

Radiostansiya qeyd edib ki, partlayış Kolumbiyanın müdafiə naziri İvan Velaskesin bölgəyə gəlməsindən bir neçə saat əvvəl baş verib.

Bu ərazidə “Milli Azadlıq Ordusu”nun üsyançıları, eləcə də Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvləri cinayət əməlləri həyata keçirirlər.