Kimlər deputatlığa namizəd ola bilməz? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kimlər deputatlığa namizəd ola bilməz?
Cavab: Seçki qanunvericiliyində əsasən:
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həbsxanada cəza çəkən şəxslər;
AR Cinayət Məcəlləsinin ağır və xüsusi ilə ağır cinayətlərinə görə məhkum olunmuş şəxslər;
ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək) deputatlığa namizəd ola bilməz.
Xarici dövlətlər qarşısında öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov