
Kəngərli rayonunda elektrik təsərrüfatı yenilənir - FOTO
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Kəngərli Rayon Elektrik Şəbəkəsi tərəfindən Qıvraq qəsəbəsində və rayonun kəndlərində elektrik təsərrüfatının yenidən qurulması və təmiri işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, şəbəkənin illik İş Planına uyğun olaraq rayonda istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni özünü daşıyan izolyasiyalı (SİP) kabellər çəkilir, metal elektrik dirəkləri quraşdırılır.