Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalçılarına müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalçılarına müraciət edib

29 Oktyabr 2024

2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, öz sahələrində Pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək Nazirliyə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır.

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanına əsasən istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib.

2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23 765 hektar pivotaltı sahədə ərzaqlıq buğda əkini aparılıb.

Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.