
Kaori İşikava: “Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika var”
“Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika müşahidə olunur”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu "UN Women" təşkilatının regional koordinatoru Kaori İşikava noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
“Azərbaycan gender bərabərliyi və insan hüquqlarının müdafiəsi məsələlərində nümunə ola bilər”, - o bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təmin edilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biridir.