
Kahramanmaraşda kağız istehsalı fabriki yanır
Kahramanmaraşda kağız istehsalı fabriki yanır.
NAXCİVANXEBERLERİ.COM Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.
Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.