İsrailin hərbi obyektlərinə raket zərbələri endirilib

İsrailin hərbi obyektlərinə raket zərbələri endirilib

02 Oktyabr 2024

Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, hücumda üç “Qüds-5” qanadlı raketindən istifadə olunub: “Raketlər hədəflərinə uğurla çatıb”.

Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.

General, həmçinin İsrailə qarşı birgə hərbi əməliyyatlara hazır olduğunu bildirib.