İsrail İordan çayının qərb sahilində 27 nəfəri saxlayıb

İsrail İordan çayının qərb sahilində 27 nəfəri saxlayıb

16 Yanvar 2024

İsrail təhlükəsizlik qüvvələri ötən gecə İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 27 nəfəri saxlayıb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Reydləri İsrail Müdafiə Ordusu, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi həyata keçirib.

Bundan əlavə, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları Hebron yaxınlığındakı Bani Naim kəndində reyd keçirib, orada onlarla yerli sakini dindirib, axtarışda olan iki şəxsi saxlayıblar. Bu reydlər bir gün əvvəl Raanana şəhərindəki hücumla əlaqələndirilib.

Mənsurə Hümbətova