![İşğaldan azad olunan ərazilərdə yanğın olub -](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/isgaldan-azad-olunan-erazilerde-yangin-olub-1721387706.jpeg)
İşğaldan azad olunan ərazilərdə yanğın olub - VİDEO
Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verib, iki helikopter cəlb olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə həmin ərazilərdə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.