İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

09 İyul 2024

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.

Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.