İran MN Rusiyadan aviasiya texnikaları aldığını təsdiqləyib
İran müdafiə nazirinin müavini general Mehdi Fərahi Rusiyadan “Mi-28” hücum helikopterləri, “Su-35” qırıcıları və “Yak-130” döyüş-təlim təyyarəsi aldığını təsdiqləyib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə nazir “Tasnim” agentliyinə müsahibəsində bildirib.
Agentliyin məlumatına görə, Rusiyadan alınan hərbi texnika artıq İrandadır və istismara verilib.