İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçib

İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçib

07 Avqust 2024

İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla əməliyyatların aparılması üçün elan etdiyi açıq tenderə yekun vurub.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İNVEST-AZ İnvestisiya Şirkəti” ASC-dir.

Qalib şirkət 3 il müddətində Fondun istiqrazları ilə aparılan əməliyyatlar üçün müştəri sifarişlərinin qəbulu və icra edilməsi ilə məşğul olacaq.