İnzibati qaydada tutulmuş şəxsin hüquqları hansı qaydada təmin edilməlidir? -

İnzibati qaydada tutulmuş şəxsin hüquqları hansı qaydada təmin edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

08 İyun 2024

Sual: İnzibati qaydada tutulmuş şəxsin hüquqları hansı qaydada təmin edilməlidir?

Cavab: Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;

2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;

3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;

4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək;

5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;

6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov