İnzibati cərimə dedikdə nə başa düşülür? -

İnzibati cərimə dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

02 Oktyabr 2024

Sual: İnzibati cərimə dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsində inzibati cəriməyə bu cür anlayış verilmişdir.
İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı;

3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.


Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi - Yaqub Salamzadə