IMF Moldovaya 95 milyon dollar maliyyə yardımı ayıracaq

IMF Moldovaya 95 milyon dollar maliyyə yardımı ayıracaq

08 Dekabr 2023

Beynəlxalq Valyuta Fondu (IMF) Moldova büdcəsinə dəstək üçün təxminən 95 milyon ABŞ dolları maliyyə ayırıb.

NAXCİVANXEBERLERİ.COM Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda bildirilib.

IMF vurğulayıb ki, Genişləndirilmiş Kredit Mexanizmi (ECF) və Genişləndirilmiş Fond Mexanizmi (EFF) çərçivəsində ayrılan maliyyə yardımının ümumi dəyəri təxminən 466 milyon ABŞ dolları təşkil edir.

Qeyd edilib ki, proqramın 19 oktyabr 2025-ci il tarixinə qədər uzadılması təsdiqlənib.

Proqram ölkənin iqlim şoklarına qarşı davamlılığın yaradılması səylərini, enerji sektorunda islahatları dəstəkləmək, maliyyə sektorunun iqlim dəyişikliyi və enerji böhranları ilə mübarizə potensialını gücləndirmək məqsədi daşıyır.