İlqar Sadıqov Culfa şəhərində vətəndaş qəbulu keçirib -

İlqar Sadıqov Culfa şəhərində vətəndaş qəbulu keçirib - FOTO

10 Sentyabr 2024

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Naxçıvan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov Culfa şəhərində vətəndaş qəbulu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.

Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə tikintiyə icazə icraatı, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, qeyri-yaşayış təyinatlı obyektlərin istismara verilməsi, habelə tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğunluğu, torpaq sahələrinin ayrılması, həmçinin mülkiyyət hüququ pozulmuş vətəndaşların suallarına müvafiq qaydada tövsiyə və izahatlar verilib.

Bəzi müraciətlər yerində həll olunub.