İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb

İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb

05 Avqust 2024

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Hindistanın qeyri-qanuni işğal etdiyi Cammu və Kəşmirin xüsusi statusunun birtərəfli qaydada ləğvinin beşinci ili ilə bağlı bəyanat yayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə qurumdan bildirilib.

Qurum 2019-cu il avqustun 5-də və ya ondan sonra görülmüş bütün qeyri-qanuni və birtərəfli tədbirlərin ləğvi ilə bağlı çağırış edib.

Qeyd olunub ki, Baş katiblik Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasında onunla həmrəydir.

Bundan əlavə, İƏT beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Cammu və Kəşmir mübahisəsinin həlli üçün səyləri artırmağa çağırır.