İctimai təhlükəlilik nədir? -

İctimai təhlükəlilik nədir? - HÜQUQ MƏSLƏHƏTİ

29 İyul 2024

Sual: İctimai təhlükəlilik nədir?

Cavab: İctimai təhlükəlilik – əməlin ictimai münasibətlərə ziyan yetirən xüsusiyyətidir. Bu əlamət cinayət sayılan əməlin obyektiv əlamətidir. Bu, o deməkdir ki, qanunvericinin şüurundan asılı olmayaraq, ictimai təhlükəli əməl cinayət qanunvericiliyi ilə qorunması vacib olan ictimai münasibətlərə hər bir halda ziyan vurur. Əməlin ictimai təhlükəliliyi ilk növbədə onun qəsd etdiyi ictimai münasibətlərə görə müəyyən edilir (bu münasibətlərin dairəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsində öz əksini tapmışdır). Digər tərəfdən, əməlin ictimai təhlükəliliyi həmin əməlin yetirdiyi ziyanın miqdarı ilə müəyyən edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov