
Hüseyn Səfərov Şərur rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Şərur rayonunda vətəndaşları qəbul edəcək
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşların qəbulu avqust ayının 14-də Şərur Rayon İcra və Probasiya Şöbəsində aparılacaqdır. Vətəndaşlar qəbula Şərur Rayon İcra və Probasiya Şöbəsinə (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, əlaqə telefonu: 036 542-32-36, 050 850 85 86), habelə Ədliyyə Nazirliyinə (036 544-54-70, 050 558 38 00 nömrəli telefon və info@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.