Hüquq norması nədir? -

Hüquq norması nədir? - HÜQUQ MƏSLƏHƏTİ

14 Noyabr 2024

Sual: Hüquq norması nədir?

Cavab: Hüquq norması ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydadır.

“Norma” latın sözü olmaqla, tərcümədə “qayda”, “nümunə” mənasını verir. Qeyd edilməlidir ki, hər bir norma özündə arzuolunan və qanuni hesab olunan davranış modelini, nümunəsini əks etdirir. Əksər hüquq normaları özlərində müəyyən davranış qaydasını, müvafiq subyektlər dairəsinə münasibətdə hüquq və vəzifələri, eləcə də, arzuolunan davranış modelinə uyğun şəkildə hərəkət etməyən subyektlərə münasibətdə tətbiq ediləcək təsir tədbirlərini ehtiva edir.

Sualı cavablandırdı:Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov