Hindistan səfiri: “Cəmiyyətimizdə qadınların rolu sürətlə artır”

Hindistan səfiri: “Cəmiyyətimizdə qadınların rolu sürətlə artır”

20 Noyabr 2023

“Hindistanlı qadınlar sosial sahədə getdikcə daha çox yeni peşələrə yiyələnirlər, bunun nəticəsində onların cəmiyyətdəki rolu sürətlə artır”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hindistanda qadınlar kino sənayesindən tutmuş kosmik sənayeyə qədər bir sıra sahələrdə mühüm uğurlar qazanıblar. Nümunə kimi səfir qeyd edib ki, Hindistan bu il qadın alimlərin iştirakı ilə Aya bir missiya göndərib: "Ölkəmizdə dövlət idarəçiliyində də bir çox islahatlar aparılıb. Xüsusilə, bu gün hökumətin hər iki palatasında qadınların payı 30 faizi ötür".