Hindistan aviaşirkəti Dehlidən Bakıya uçuşlara başlayacaq

Hindistan aviaşirkəti Dehlidən Bakıya uçuşlara başlayacaq

03 İyun 2023

Hindistanın aşağıbüdcəli aviaşirkəti “IndiGo” bu ilin avqust ayından Dehlidən Bakıya birbaşa uçuşlara başlayacaq.

NAXCİVANXEBERLERİ.COM bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət avqustdan həmçinin Dehlidən Tbilisiyə, sentyabrdan isə Özbəkistanın Daşkənd və Qazaxıstanın Almatı şəhərlərinə aviareyslər yerinə yetirəcək.

“IndiGo” həmçinin bu ilin iyul ayından Hindistanın Mumbay şəhərindən Keniyanın Nayrobi və İndoneziyanın Cakarta şəhərlərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.