Hərbi Prokurorluqda qeydə alınmış qəsdən adam öldürmə cinayətləri azalıb
Azərbaycanın Hərbi Prokurorluq orqanlarında 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.
X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumən qeydə alınmayıb.