
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Müdafiə Nazirliyi gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə yenidən ictimaiyyətə müraciət edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, - deyə məlumatda qeyd olunub.