Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” -

Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” - VİDEO

04 Oktyabr 2023

“Fransanın Ermənistana silah və hərbi texnika tədarükü regionda sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərəcək”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu "Global Media Group"un media direktoru Həmid Həmidov CBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Fransanın bu məsələ isə bağlı açıqlamaları sırf populizmdir: "Bu, ilk növbədə təhlükəlidir, çünki NATO-nun üzvü olan Türkiyə Ermənistanla qonşudur. Çətin ki Fransanın bu addımı Türkiyənin xoşuna gəlsin".

H.Həmidov vurğulayıb ki, Fransa artıq bir neçə ildir tamamilə açıq şəkildə birtərəfli ermənipərəst mövqe tutur, ona görə də Fransanın son bəyanatlarında təəccüblü heç nə yoxdur: "Fransa həm Avropa İttifaqında, həm də beynəlxalq aləmdə mövqeyini itirir. O, hələ də imperiya olduğunu göstərməyə çalışır, lakin bütün bunlar mənasızdır".

Media direktoru hesab edir ki, Ermənistan Roma statutunu Fransa və ABŞ-ın diktəsi ilə ratifikasiya edib. Bu isə Ermənistanın Rusiya ilə qarşıdurmada Qərbin və Fransanın əlində vasitə olduğunu deməyə əsas verir.