
Həmədanın mərkəzi hissəsi UNESCO-nun mədəni irs siyahısına daxil edilib
Güney Azərbaycanın Həmədan şəhərinin mərkəzində yerləşən qədim Ekbatan (Hekmatan)şəhəri UNESCO-nun Ümumdüna Mədəni irs siyahısına daxil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, bu barədə qərar YUNESCO-nun Hindistanın Nyu-Delhi şəhərində davam edən 46-cı sessiyasında qəbul olunub.
Ekbatan şəhəri İranın mədəni irsinin simvolu sayılır. Bu şəhər vaxtı ilə Midiya dövlətinin paytaxtı olub. Bir müddət sonra Əhəmənilər və parfiyalıların yay paytaxtı elan edilib.
Ərazidə əhəmiyyətli tapıntılara çiy kərpicdən tikilmiş nəhəng müdafiə divarı və şəbəkəyə bənzər şəhər planı daxildir. Zaqros dağlarının Əlvənd qolunun altında yerləşən Ekbatan 3000 illik fasiləsiz tarixə malikdir. Ora eramızdan əvvəl 6-7-ci əsrlərə aid Midiya mədəniyyətinin nadir qalıqlarını ehtiva edir.